Hadisə
Azərbaycanda 11 yaşlı oğlanın qardaşını güllələyərək öldürməsinin TƏFƏRRÜATI
Dekabrın 5-də Ucar rayonunun Alpout kəndində yaşayan Tofiq Abbasovun 11 yaşlı oğlu Pünhanın böyük qardaşı, 14 yaşlı Salik Abbasovu tüfəngdən açılan atəşlə öldürməsi hadisəsinin təfərrüatlar məlum olub.
Publika.az xəbər verir ki, ilkin araşdırmalar nəticəsində hadisənin ehtiyatsızlıqdan baş verdiyi müəyyənləşib. Belə ki, hadisədən öncə uşaqların atası qoyun sürüsünü sahədən yaşadıqları evin yaxınlığındakı tövləyə gətirib. Bu zaman o bildirib ki, dişi qoyunlardan biri doğub və quzunun yanında qalıb. Tofiq Abbasov uşaqları həmin qoyunu balası ilə birlikdə gətirməyə göndərib. Bu zaman uşaqlar evdə olan tüfəngi də özləri ilə götürüblər. Daha sonra qaça-qaça evə qayıdan 11 yaşlı Pünhan tüfəngdən atəş açıldığını və güllənin qardaşına dəydiyini deyib. Atası 14 yaşlı Saliki xəstəxanaya aparsa da, o, yolda vəfat edib.
T.Abbasov bildirib ki, uşaqların tüfəngi özləri ilə aparmasından xəbri olmayıb. Patronlar tüfəngin üstündə deyil, evdə onun pencəyinin cibində olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Muxtar
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi










.jpg)



.jpg)

















.jpg)

.jpg)
