Hadisə
Azərbaycanda yüksək vəzifələrdə çalışmış şəxs vəfat etdi - FOTO (VİDEO)
Video əlavə olunub.
xxx
Elmlər doktoru, professor, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, iki dəfə Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, uzun illər Elmlər Akademiyasının Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) işləmiş Fərid Dadaşov vəfat edib.
Publika.az xəbər verir ki, 91 yaşlı alim xəstəlik səbəbindən vəfat edib.
Qeyd edək ki, F.Dadaşov 1957-ci ildən Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) işləyib. 1977—1984-cü illərdə Geologiya İnstitutunda elmi işlər üzrə direktor müavini, daha sonra isə “Neft və qaz yataqlarının genezisi və əmələgəlməsi” şöbəsinin rəhbəri vəzifəsini uzun illər icra edib.
F.Dadaşov elmin inkişafında xidmətlərinə görə "Şərəf nişanı", “Şöhrət” ordenləri və „Fədakar əməyə görə“ yubiley medalı ilə təltif olunub, əməkdar elm xadimi fəxri ada layiq görülüb. 19 geologiya-mineralogiya elmləri namizədi, 3 elmlər doktoru hazırlamışdır. 2018-ci ildən təqaüddə çıxıb.
Allah rəhmət eləsin!
Muxtar

-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi











.jpg)

























.jpg)
.jpg)
