Hadisə
11 müharibə iştirakçısı minaaxtaran kimi işləyəcək
Qarabağın yenidən qurulması və bərpa işlərinin gedişatının sürətlə aparılması qarşıda duran ən əsas prioritet məsələlərdəndir. Bərpa və quruculuq dedikdə isə ilk öncə təhlükəsizlik fəaliyyəti nəzərdə tutulur.
2021-ci il 22 noyabr tarixindən Göygöl Regional Mərkəzində Agentliyin Təlim və Keyfiyyətə Təminat şöbəsi tərəfindən yeni minaaxtaranlar üçün təlim kursuna başlanılıb. “Əsas Humanitar Minaaxtarma”, “Döyüş Sahəsinin Təmizlənməsi”, eləcə də “İlk tibbi yardım” təlimləri 5 həftə müddətində həm nəzəri, həm də praktik şəkildə həyata keçirilir.
Təlimlərin məqsədi, yeni müdavimlərə mina və partlamamış hərbi sursatları tanımaq, aşkar etmək və işarələmək, eləcə də ilk tibbi yardım üçün lazım olan əsas bilik, bacarıq və davranış qaydalarını öyrətməkdən ibarətdir.
Kursları bitirib, imtahanlardan müvəffəqiyyətlə keçən müdavimlərimiz bir müddət təcrübəli minaaxtaranla birgə minatəmizləmə əməliyyatlarına cəlb edilir.
Hal-hazırda keçirilən təlim kurslarına cəlb edilmiş nümayəndələr arasında 11 nəfər Vətən müharibəsi iştirakçıları da var. Onlar ərazilərimizin azad edilməsi uğrunda gedən döyüşlərdə “Xidmətdə fəqlənmə”, “Cəsur Döyüşçü” və “3-cü dərəcəli” fərqlənmə medalları ilə təltif olunmuşlar. Şərəfli döyüş yolu keçən müharibə iştirakçıları vətəni canlı düşmənlərdən azad etmiş və vətənə xidmətin davamı olaraq minaaxtaran kimi işləmək niyyətindədirlər. Onlar Qarabağ torpaqlarını nəinki canlı düşməndən, eyni zamanda yeraltında yatan gözəgörünməz düşmənlərdən də təmizləməkdə iddialıdırlar.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan minatəmizləmə əməliyyatlarının miqyasının genişlənməsi, minatəmizləmə fəaliyyətlərinin milli tələblərə və beynəlxalq minatəmizləmə standartlarına uyğun təşkil olunmasını təmin etmək məqsədilə şəxsi heyətin mərhələli şəkildə artırılmasını, yeni müdavimlərin təlimlərə cəlb edilməsini həyata keçirir.
Agentlik tərəfindən bu il ərzində 475 müdavim üçün təlimlər keçirilib. Ümumilikdə, 12 kurs olmaqla, 4 Əsas Humanitar Minaaxtarma (ƏHM) və Döyüş Sahələrinin Təmizlənməsi, 3 Humanitar mina aksiyası ilə tanışlıq, 2 ƏHM üzrə təkrarlama, 1 Təlimatçı və Xarici Keyfiyyət və 1 Əsas Humanitar Minaaxtarma üzrə təlimlər keçirilib.
Eyni zamanda, 130 dövlət qurumu və özəl müəssisənin 5000-dən yuxarı əməkdaşı ümumi maarifləndirmə və təlimçilərin təlimi proseslərinə cəlb olunub.
-
Qoroskop00:00Günün ulduz falı - Gizli düşmənlərə qarşı diqqətli olun
-
Magazin13 Fevral 23:00“Eşref Rüya”da şok ayrılıq - Foto
-
Magazin13 Fevral 22:36Alim Qasımovla yeni qohum olan kürəkən iş axtarır - Video
-
İdman3 Fevral 20:36Ronaldo bu gün məşqə də çıxmadı - Nə baş verir?
-
Magazin13 Fevral 20:24Tatlıses Günelə mirasından pay verib?
-
Sosial3 Fevral 19:48Qalib Salahzadənin dəniz kənarındakı obyektləri sökülür
-
Elm və təhsil3 Fevral 19:00Nazir bu xanıma yüksək vəzifə verdi - FOTO
-
Nida Xəbər 3 Fevral 16:16Azərbaycan vasitəsilə benzin idxalı qiymətlərə təsir edəcək - Ermənistan ümidlidir






















.jpg)

.jpg)












