Hadisə
Plovda narkotik keçirənlər aşkarlandı
İrana plovun içərisində narkotik vasitə keçirilməsinin qarşısı alınıb.
Bu barədə Publika.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Məlumata görə, Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda tranzit gömrük proseduru altında qeydiyyatdan keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına "tütün" yükü aparan DAF markalı yük nəqliyyat vasitəsi gömrük nəzarəti zamanı saxlanılıb və avtomobilin sürücüsü şifahi sorğu-sual olunub.
Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.
Daha sonra nəqliyyat vasitəsinə kinoloji xidmət iti tətbiq edilməklə gömrük yoxlaması həyata keçirilib və bu zaman xidməti it avtomobilin kabinəsinin müxtəlif yerlərinə reaksiya verib.
Yoxlama zamanı avtomobilin kabinəsində, sürücü oturacağının üzlüyünün altında olan boşluqdan və qabda olan plov yeməyinin içərisində gömrük nəzarətindən gizlədilən 2 ədəd bükümdə, ümumi çəkisi 12.1 qram olan narkotik vasitə - tiryək aşkar edilib.
-
Magazin104:44“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
İdman04:30"Real" səfərdə "Valensiya"nı darmadağın etdi
-
İqtisadi gündəm03:13Qızıl kəskin ucuzlaşdı
-
Sosial02:12Həmin tuneli yenə su basıbmış - VİDEO
-
Avropa01:41Krakovda Qətliam törədən şəxsin evində meyitlər aşkarlandı
-
Qoroskop00:30Günü ULDUZ FALI - Xəyallarınızla reallıq arasında körpü qura bilərsiniz
-
Nida Xəbər 00:20Hikmət Hacıyev Şuşadan paylaşım etdi - VİDEO
-
İdman7 Noyabr 23:00Ronaldonun Messiyə jestləri cavabsız qaldı - Sükut müzakirələrə səbəb oldu








.jpg)

























.jpg)

