Hadisə
Hacıqabulda əməliyyat - 6 nəfər tutuldu - FOTOLAR
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat keçirib, narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan 6 nəfər saxlanılıb.
Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Bildirilib ki, şöbə əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakini, əvvəllər məhkum olunmuş Mehman Nəcəfov tutulub. Onun üzərinə keçirilən baxış zamanı psixotrop maddə olan metamfetamin aşkar edilib. Dindirilmə zamanı M.Nəcəfov narkotik maddəni tanışı Hüseyn adlı şəxsdən aldığını bildirib.
Əməliyyat tədbirlərinin davamı olaraq rayon sakini, əvvəllər narkotiklərə görə məhkum olunmuş Hüseyn Osmanov da saxlanılaraq istintaqa təqdim edilib. Saxlanılan zaman onun üzərindən 1kiloqram 28 qram olan heroin, bundan əlavə 17 bükümdə heroin və “patı” adlanan psixotrop maddə metamfetamin, bir kibrit qutusunda qablaşdırılmış marixuana və bir ədəd elektron tərəzi aşkarlanaraq maddi sübut kimi götürülüb.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbiri zamanı analoji əməllə məşğul olan 4 nəfər rayon sakini - Elvin Mehdiyev, Mübariz Abasov, Əlihəsən Cəfərov və Azər Həsənov saxlanılıblar. Saxlanılan şəxslərdən heroin və marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktlarla bağlı Hacıqabul Rayon Polis Şöbəsində cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi






.jpg)




























.jpg)

.jpg)