Hadisə
Azərbaycanda yas mərasimində polis sahə rəisi döyüldü
Yanvarın 19-u saat 13 radələrində Bərdə rayon polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin sahə rəisi Əliyar Həziyevə rayonun Zümürxan kəndi ərazisində xəsarət yetirilərək zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Prokurorluqdan Publika.az-a bildirilib ki, aparılmış araşdırmalarla müəyyən edilib ki, Zümürxan kənd sakini 1974-cü il təvəllüdlü Rəfail İsgəndərov qeyd edilən tarixdə yaşadığı evdə xüsusi karantin rejimi qaydalarına əməl etməyərək yas mərasimi təşkil etdiyi üçün barəsində inzibati tenbeh tədbiri tətbiq edən polis əməkdaşı Əliyar Həziyevin üz nahiyəsinə bir dəfə yumruqla vuraraq xidməti vəzifəsini yerinə yetirən şəxsə zor tətbiq etməklə müqavimət göstərib.
Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.
Rəfail İsgəndərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə istintaq davam edir.
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq








.jpg)



.png)






















