Hadisə
Xaçmazda avtoxuliqanlıq edən şəxs saxlanıldı
Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik vasitələrin təsiri altında nəqliyyat vasitəsini idarə edən və digər hərəkət iştirakçılarının da sağlamlığı üçün ciddi təhlükə yaradan rayon sakini Müslüm Manafov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Publika.az-a verilən məlumata görə, rayonun mərkəzi küçələrində hərəkətdə olan “VAZ-2106” markalı avtomobilin sürücüsü davamlı şəkildə yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu üçün polis əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib. Lakin, o, polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymayaraq təhlükəli manevrlərlə qaydaları pozmağa davam edib. Avtomobil süni tıxac tətbiq edilməklə dayandırıldıqdan sonra sürücünün narkotik vasitə qəbul etməsinə dair əsaslı şübhələr olduğundan həmin şəxs polis şöbəsinə gətirilib. Tibbi müayinədən keçirildikdən sonra M.Manafovun narkotik vasitə qəbul etdiyi müəyyən olunub. O, ifadəsində əməllərini etiraf edib. Araşdırmalar zamanı həmin şəxsin axtarışda olduğu məlum olub.
Faktla bağlı araşdırmalar aparılır.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi






.jpg)




























.jpg)

.jpg)