Hadisə
Sabirabadda əməliyyat - 3 nəfər tutuldu
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 3 nəfər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Publika.az-a verilən məlumata görə, Sabirabad RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Qalaqayın kənd sakinləri Ramil Orucov və Elşən Məmmədov saxlanılıblar.
Həmin şəxslərin ünvanlara keçirilən baxış zamanı R.Orucova məxsus fərdi yaşayış evindən sellofan torbalarda qablaşdırılmış ümumi çəkisi 5 kiloqram 634 qram, E.Məmmədova məxsus evdən isə 140 qram marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.
Şöbə əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində eyni cinayət əməli ilə məşğul olan Biləsuvar rayon sakini Heydər Qasımlı da saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı 3 büküm psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Sabirabad RPŞ-də araşdırma aparılır.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi






.jpg)




























.jpg)

.jpg)