Hadisə
Naxçıvan Diviziyası təlim keçirdi
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının xidməti ərazisində “Dövlət sərhədində silahlı basqınların dəf edilməsi və sərhəd axtarışının aparılması” mövzusunda taktiki təlim keçirilib.
Publika.az xəbər verir ki, təlimin planına əsasən, ərazidə təxribat-pozuculuq fəaliyyətini həyata keçirmək niyyətində olan naməlum şəxslər dövlət sərhədini pozurlar. Bu zaman zastavaya işarəverici qurğulardan dövlət sərhədinin pozulması haqqında siqnal daxil olur. Növbətçi tərəfindən zastava rəisinə məruzə edildikdən sonra zastava dərhal “Silaha” komandasına qaldırılır. Həyəcan qrupu zastava rəisinin başçılığı ilə hadisə yerinə hərəkət edir, hərbi pərdələyici qruplar isə dövlət sərhədi və Naxçıvan Muxtar Respublikası ərazisinin dərinliklərinə doğru sərhəd pozucularının hərəkətlərinin qarşısını almaq üçün təyin olunmuş hüdudlar boyu ərazini qapayır. Sahil mühafizə qrupu ərazi sularında axtarış tədbirlərini həyata keçirir.
Sərhəd pozucularının izləri müəyyən olunduqdan sonra sərhəd axtarışı tədbirləri keçirilir. Sərhəd axtarışı zamanı sərhədyanı yaşayış məntəqələrində və təsərrüfat işləri aparılan sahələrdə yerli əhalinin sorğusu keçirilir. Sorğu zamanı dövlət sərhədini pozanların silahlı şəxslərdən ibarət olması və sərhəd yaxınlığındakı istifadəsiz binaya tərəf hərəkət etmələri müəyyən edilir. Zastava rəisi tərəfindən sərhəd pozucuları haqqında əldə olunmuş məlumatlar yuxarı komandanlığa məruzə olunur.
Dövlət sərhədini pozan naməlum silahlı şəxslərin təxribat hərəkətlərinin qarşısının alınması və zərərsizləşdirilməsi məqsədilə Əlahiddə Sərhəd Diviziyası komandirinin qərarına əsasən “Həyəcan” komandası ilə qaldırılan Çevik hərəkət taborunun həmlə qrupları hadisə baş vermiş istiqamətə hərəkət edir.
Təxribatçıların yerləşdiyi bina çevik həmlə qrupları tərəfindən mühasirəyə alınır. Snayperin binada aşkar edilmiş silahlı hədəfi məhv etməsindən sonra zirehli piyada transpartyorlarının atəş dəstəyi ilə qrupların binaya girişi təmin olunur.
Təxribatçıların silahlı müqavimət göstərməsinə baxmayaraq həmlə qrupları peşəkarlıq nümayiş etdirərək silahlı şəxsləri zərərsizləşdirir və təxribatçı dəstənin rəhbəri yaxalanaraq təyin olunmuş məntəqəyə təxliyə edilir. Beləliklə təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunur.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi










.jpg)



.jpg)

















.jpg)

.jpg)
