Hadisə
DYP əməkdaşları saxlayarkən özünü bıçaqladı
Qubada mağazadan oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən xəbərə görə, DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə martın 2-də saat 3 radələrində Quba rayonunun İqriq kəndi ərazisindəki bir mağazadan şüşəni sındırmaq yolu ilə 480 manat dəyərində tütün məmulatı, İsnov kəndi ərazisində isə digər bir mağazanın qarşısından inşaat materiallarının oğurlanması barədə məlumat daxil olub.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılmış və hadisənin “Khazar” markalı avtomobilin sürücüsü tərəfindən törədilməsi aşkar edilib.
Görülmüş tədbirlərlə həmin avtomobil Bakı-Quba yolunun 26-cı kilometrliyində Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Hadisəni törətməkdə şübhəli bilinən Siyəzən rayon sakini, əvvəllər oğurluq və soyğunçuluğa görə məhkum olunmuş İ.Bəylərov polis əməkdaşları tərəfindən saxlanılarkən o, özünün qarın nahiyəsinə bıçaqla daxilə nüfuz etməyən yüngül xəsarət yetirib.
İ.Bəylərov xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.
Araşdırma aparılır.
-
Hadisə18:40Şəkidə kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…








.jpg)

























.jpg)
.jpg)

