Hadisə
Bakıda özünü Milli Qəhrəman kimi tanıdan şəxsin ŞOK ƏMƏLLƏRİ – TƏFƏRRÜAT
Bakıda müxtəlif vətəndaşları aldadaraq özünü Aprel döyüşləri qazisi və Milli Qəhrəman kimi təqdim edərək onlardan müxtəlif məbləğlərdə pul vəsaiti alaraq ələ keçirən şəxs tutulub.
Publika.az xəbər verir ki, 1985-ci ildə Ordubadda anadan olmuş, Bakda yaşayan və taksi sürücüsü kimi çalışan Elnur Sədiyev barəsində Cinayət Məcəlləsinin 178.2.2 ə 178.2.4-cü (dələduzluq - xeyli miqdarda ziyan vurmaqla, təkrar törədildikdə) maddələri ilə iş açılıb.
İş üzrə Binəqədi rayon Polis İdarəsində aparılan ibtidai istintaq yekunlaşdırılıb və baxılması üçün rayon məhkəməsinə göndərilib. Binəqədi rayon Məhkəməsində hakim Abbas Rzayevin sədrliyi ilə keçirilən prosesdə maraqlı faktlar üzə çıxıb. Məlum olub ki, Elnur insanların etibarın qazanaraq, Milli Məclisdə və Ali Məhkəmədə yüksək vəzifədə yaxın adamlarının işlədiyini, həmin şəxslər vasitəsilə işlər gördüyünü bildirib. Həmçinin o, gözündəki xəsarəti göstərərək həmin xəsarəti “Aprel döyüşləri” zamanı aldığını bildirərək qazi olduğunu deyib. Bəzi şəxslərə isə o özünü Milli Qəhrəman, şəhid övladı və sair kimi təqdim edib.
Məhkəmədə Elnurun 10-a yaxın şəxsi aldatığı məlum olub və onun törətdiyi əməllər sadalanıb:
Belə ki o, 2018-ci ilin aprel ayının əvvəllərində 7 saylı cəzaçəkmə müəssisəsinin qarşısında təsadüfən tanış olduğu M.A-ya onun Cinayət Məcəlləsinin 150.3.3 (seksual xarakterli zorakılıq hərəkətləri – 14 yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə təqsirləndirilən oğlunun azadlığa buraxılacaığını və Ali Məhkəmədə çalışan tanışı vasitəsilə məsələni həll edəcəyini bildirirək onlaran 11 min manat pul alıb.
O, başqa bir şəxsə 2017-ci ildə “Aprel döyüşçüsü” olmasını yalandan bildirərək gözünü müalicə etdirmək və övlaının səhhəti ilə əlaqədar Nərimanov rayonu ərazisində 6 min manat borc alsa da, qaytarmayıb.
Bundan başqa Elnur Xəzər rayonu ərazisində - Bakı İstintaq Təcridxanasının qarşısında tanış olduğu şəxsə oğlunu azadlığa buraxdıracağını vəd edərək 2018-ci ilin iyun ayında 3300 manat alıb.
Bundan başqa Elnur 2018-ci ilin setnyabr ayında müştəri kimi maşınına mindirərək Şamaxıya apardığı şəxsə özünü yalandan Milli Qəhrəman kimi təqdim edib. Həmin şəxsin qızını Şamaxıdakı məktəbə müəllim kimi işə düzəldə biləcəyini vəd edən Elnur həmin şəxsdən 840 manat alaraq ələ keçirib.
Bundan başqa Elnur 2019-cu ilin iyununda Sulutəpə qəsəbəsindəki qonşusu Vüqarın vasitəsilə tanış olduğu onun bibisi oğlunu SOCAR-da iş düzəldəcəyini, Naxçıvandan olduğu üçün çoxlu vəzifəli qohumlarının olduğunu və “Aprel döyüşləri qazisi” kimi böyük hörmətinin olduğunu yalandan bildirərək ondan 3050 manat alaraq ələ keçirib.
Bundan başqa Elnur 2019-cu ilin iyul ayında qonşusu Vüqarın həmkəndlisi olan Pünhan adlı şəxsi SOCAR-da işə düzəldəcəyini yalandan vəd edərək ondan da 2030 manat alaraq ələ keçirib.
Bundan başqa Elnur daha bir şəxsi aldadaraq özünü Milli Qəhrəman kimi təqdim edib həmin şəxsin övladını asanlıqla hərbi liseyə qəbul etdirəcəyini bildirərək 600 manat alıb.
Bundan başqa Elnur yuxarıda göstərilən faktlarla bağlı həbsdə saxlanılarkən Bakı İstintaq Təcridxanasında kamera yoldaşı olan şəxslə mehriban münasibət qurub. O, həmin şəxsin atası ilə daimi əlaqə saxlayaraq həmin şəxsin öz törətdiyi əməllərə görə dəymiş ziyan kimi 5 min manat ödəməsinə nail olub. Kamera yoldaşının atasna öz vurduğu ziyanın bir hissəsini ödətdirən Elnur 2021-ci ilin yanvar ayında məhkəmənin qərarı ilə ev dustaqlığına buraxılıb və o, elə məhkəmənin qarşısındaca kamera yoldaşının atası ilə görüşərək həmin şəxsdən onun öz övladının işi ilə məşğul olmaq üçün əlavə 4175 manat alıb. Elnur məhkəmə sədri işləyən şəxsin adını verərək kamera yoldaşının işini həll edəcəyini bildirsə də, vədinə əməl edə bilməyib və həmin şəxsin ümumilikdə 9175 manat vəsaitini ələ keçirib.
Bundan başqa Elnur təcridxanada tanış olduğu şəxsin arvadına azadlığa çıxandan sonra zəng edərək onun ərini həbs elətdirən şəxsi tanıdığını və bu məsələdə onlara kömək edə biləcəyini yalandan vəd edərək 1300 manat alaraq ələ keçirib.
Bütün bunlardan sonra Elnur yenidən həbs edilib. Binəqədi rayon Məhkəməsi onun 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə qərar verib.
Məhkəmədə Elnur törətdiyi əməlləri etiraf edib. Zərərçəkənlərin bəzilərinin pulunun bir hissəsi digər zərərçəkmiş olan Elnurun kamera yoldaşının atası tərəfindən ödənilib. Elnur bildirib ki, insanları aldadaraq pullarını ələ keçirərkən həmin vəsaitləri öz ehtiyacı üçün xərcləyib.
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO