Hadisə
Kürdəmirdə güclü yanğın - Yanacaq çəlləkləri mühafizə edildi - VİDEO
Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Kürdəmir rayonunun Qaramahmudlu kəndində (rayon Yanğından Mühafizə Hissəsindən təqribən 25 km məsafədə) ticarət obyektində yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən Publika.az-a verilən xəbərə görə, dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus ərzaq mağazasında baş verdiyi müəyyən olunub.
Yanğınsöndürənlər tərəfindən görülmüş operativ tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülərək geniş əraziyə yayılmasına imkan verilməyib.
Yanğın nəticəsində anbarla birlikdə ümumi sahəsi 100 kv.m olan mağazanın təqribən 60 kv.m hissəsi yanıb. Mağazanın qalan hissəsi, bitişik tikili və yaxınlıqda yığılmış ümumi həcmi 5 ton olan yanacaq çəlləkləri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi










.jpg)



.jpg)

















.jpg)

.jpg)
