Hadisə
Bakıda ŞOK ƏMƏLİYYAT - Yeraltı anbarlarda külli miqdarda narkotik tapıldı
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları növbəti əməliyyat keçirib, xüsusi olaraq hazırlanan yeraltı anbarlarda 104 kiloqram narkotik maddə gizlədən narkotacirlər saxlanılıb.
Publika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının son 15 gün ərzində keçirdiyi əməliyyatlar zamanı ölkə ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 38 nəfər saxlanılıb.
Həmin şəxslərdən ümumilikdə 104 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə, 2441 ədəd psixotrop tərkibli həb, 1 ədəd ov tüfəngi və 17 ədəd patron aşkar olunub.
Daxil olmuş əməliyyat məlumatı əsasında Yasamal rayonunda keçirilən tədbir zamanı əvvəllər məhkum edilmiş Elgiz Ağayev və Araz Bünyatov saxlanılıb. Həmin şəxslərdən 35 kiloqram, o cümlədən 11 kiloqram heroin, 18 kiloqram marixuana, 5 kiloqram metamfetamin və 1990 ədəd satışı qadağan edilən psixotrop tərkibli həb aşkar olunub.
Abşeron, Qobustan və Bərdə rayonlarında həyata keçirilən əməliyyatlar zamanı isə Elman Əliyev, Xəyyam Bəydəmirov və Mənsur İmanov saxlanılıblar. Onlardan ümumi çəkisi 33 kiloqram olan heroin, metamfetamin və metadon həbləri aşkar olunub.
Qeyd edək ki, adları sadlanan 5 nəfər mütəşəkkil dəstə yaradıb xaricdən göndərilən külli miqdarda narkotik vasitəni əldə ediblər. Daha sonra onlar yaşadıqları evlərdə torpağın altında xüsusi anbarlar yaradaraq narkotikləri orada müxtəlif üsullarla komuflaj edərək gizlədib və satmaq məqsədi ilə paytaxt ərazisinə gətirməyə çalışıblar.
Paytaxtın Nizami, Nəsimi, Suraxanı, Yasamal, Qaradağ, eləcə də, Abşeron Sabirabad və Qəbələ rayonlarında həyata keçirdikləri əməliyyatlar zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 17 nəfər saxlanılıb. Bu şəxslərdən ümumilikdə 16 kiloqram heroin, metamfetamin, elektron tərəzilər, ekstazi, eləcə də, metadon həbləri, narkotik vasitələrin onlayn satışı, həmçinin pul dövriyyəsini təşkil etmək üçün istifadə olunan çoxlu sayda plastik kartlar və qeyd dəftərçələri aşkar olunub.
Baş İdarənin Cənub və Qərb Bölgələrində Regional Şöbələrin əməkdaşlarının qeyd edilən dövr ərzində Gəncə, Lənkəran şəhərləri, həmçinin Masallı Astara, Yevlax və Cəlilabad rayonlarında həyata keçirdikləri əməliyyatlar zamanı isə daha 16 nəfər saxlanılıb. Bu şəxslərdən ikisi - Yevlax rayonunda saxlanılan Kamal Abdullayev və tanışı Şahin Abdullayevdən 14 kiloqram, digərlərindən isə 6 kiloqram heroin, metamfetamin, elektron tərəzilər, həblər və plastik kartlar aşkar olunub.
Faklarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilindikləri üçün saxlanılan şəxslərin hər biri barəsində məhkəmələrin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO











.jpg)










.webp)












.jpg)


