Hadisə
Nazirlik Lerikdəki hadisə ilə bağlı məlumat yaydı
"Lerik rayonunun Lərmərud kəndində baş verən sürüşmə nəticəsində bir evin torpaq altında qalması digər ərazilərdə real təhlükənin olması demək deyil".
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev Publika.az-a açıqlamasında bildirib.
Nazirliyin ekspedisiya qurupu hadisə yerinə baxış keçirib.
“Ərazidə zəruri monitorinq və təftişlər aparılıb. Orada 200 m uzunluğu, 150 m eni olan sürüşmə kütləsi qeydə alınıb. Sürüşmənin baş hissəsində 30-70 sm enində yarılmalar var. Burada tektonik pozulma zonaları var ki, sürüşmənin səbəbi də bilavasitə bu yarılma hissəsindən başlayır. Hazırda ümumi axan kütlənin uzunluğun 80 metrə yaxındır”.
Xidmət rəisi onu da əlavə edib ki, kəndin digər əraziləri üçün real təhlükə yoxdur. Proses tam stabilləşməsə də dinamik aktivlik müşahidə edilmir. Sürüşən kütlənin qalınlığı azdır. İntensiv yağışlar olarsa, bu sürüşmə kütləsinin baş hissəsində zəif aktivləşmələr müşahidə edilə bilər.
Qeyd edək ki, martın 30-u Lerik rayonunun Lərmərud kəndində baş verən hadisə nəticəsində bir ev tamamilə torpaq altında qalıb.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi










.jpg)



.jpg)

















.jpg)

.jpg)
