Hadisə
Astarada 20-dən artıq sürücü cərimələndi
Yollarda baş verə biləcək qəzaların qarşısının alınması və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun müxtəlif ərazilərində reydlər təşkil olunub.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Publika.az-a verilən məlumata görə, keçirilən nəzarət-profilaktiki tədbirlər nəticəsində sürücülük hüququ olmadan sükan arxasına keçən, nəqliyyat vasitəsinə kobud konstruksiya dəyişikliyi edən, avtomobilin texniki baxışdan keçirilməsini təmin etməyən, yükdaşıma qaydalarını pozan və digər qayda pozuntularına yol verən sürücülər aşkarlanıb.
Həmçinin karantin rejim qaydalarının tələblərinə ictimai nəqliyyatda əməl olunması da yoxlanılıb və aşkarlanan qayda pozuntularının hər biri ilə bağlı qanunamüvafiq tədbirlər görülüb, sürücülərlə bu istiqamətdə izahedici söhbətlər aparılıb.
Reyd zamanı ümumilikdə 20-dən artıq sürücü barəsində inzibati qaydada protokol tərtib edilib.
-
Kriminal21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...








.jpg)



.jpg)




















.jpg)
.jpg)

