Hadisə
Gömrükçülərimiz qanunsuz zinət əşyalarına keçid vermədi
Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları zərgərlik məmulatlarının Azərbaycanın gömrük sərhədindən qanunsuz olaraq keçirmə cəhdinin qarşısını alıblar.
Bu barədə Publika.az">Publika.az DGK-ya istinadən xəbər verir.
məlumata görə, Bakı-İstanbul aviareysinin sərnişini, Azərbaycan vətəndaşı gömrük nəzarəti zonasına daxil olarkən müvafiq qanunvericiliyə əsasən mütləq qaydada bəyan etməli əşyaları elektron və yazılı formada bəyən etməyib.
Vətəndaşın yükləri rentgen aparatından keçərkən yükdə zərgərlik məmulatlarının təsvirləri görünüb.
Yoxlama zamanı vətəndaşa məxsus əl çantası və çamadanlarının içərisində gömrük nəzarətinə bəyan edilməyən, qızıl zərgərlik məmulatları 10 ədəd sırğa-üzük-kulon-qolbaq dəsti, 8 ədəd sırğa-üzük dəst 6 ədəd sırğa-üzük-kulon dəsti, 1 ədəd sırğa-üzük-qolbaq-dəsti, 1 ədəd qolbaq-kulon dəsti, həmçinin 5 ədəd qolbaq, 5 ədəd üzük, 2 ədəd sancaq və 1 ədəd kulon aşkar edilib.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən predmetlərin ümumi çəkisi 949,51 qram olan 750 əyarlı qızıldan hazırlanan zərgərlik məmulatlarıdır.
Faktla bağlı araşdırma aparılır.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22 Oktyabr 22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin122 Oktyabr 21:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal22 Oktyabr 21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ








.jpg)























