Hadisə
Tərtər hadisələri zamanı öldürülən hərbçiyə bəraət verildi
2017-ci ilin mayında Tərtər hadisələri zamanı işgəncə nəticəsində öldürülənlərdən biri Elçin Mətləb oğlu Quliyev barəsində bəraət hökmü çıxarılıb.
Bu barədə mərhumun anası Validə Əhmədova məlumat verib.
Validə Əhmədova bildirib ki, bu gün oğlu Elçin Quliyevə bəraət verilməsi ilə bağlı qərar ona təqdim olunub.
Qeyd edək ki, Ermənilərə casusluq – dövlətə xəyanət ittihamıyla onun barəsində başlanmış cinayət işinə öldüyünə görə 2017-ci ilin dekabrında bəraətverici əsaslar olmadan xitam verilmişdi. Həmin qərarı o zaman hərbi prokurorun müavini Şəfahət İmranov çıxarmışdı.
2021-ci ilin dekabrında Tərtər işi üzrə istintaq yenilənəndən sonra Baş prokuror Kamran Əliyev Elçin Quliyev haqqında sözügedən qərarı ləğv edib. Baş prokuror 31 yanvar 2022-ci ildə Şəfahət İmranovun həmin qərarının ləğvi haqqında yeni qərar imzalayıb. Yeni qərar fevralın 7-də mərhum Elçin Quliyevin anası Validə Əhmədovaya təqdim olunub.
Bu gün isə mərhum Elçin Quliyev barəsində bəraət hökmü çıxarılıb. (trend)
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi










.jpg)



.jpg)

















.jpg)

.jpg)
