Hadisə
“Qırmızı kitab”a düşən bitkilərin məhv edilməsi ilə bağlı 10 cinayət işi başlandı
Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən ətraf mühitin qorunması sahəsində hüquqpozmaların qarşısının alınması, aşkar edilməsi və araşdırılması sahəsində aidiyyəti səlahiyyətli qurumlarla birgə fəaliyyəti davam etdirilir.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Publika.az-a verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik əməkdaşlarının iştirakı ilə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən aparılmış araşdırma nəticəsində Bakı şəhərinin Qaradağ, Masallı, Cəlilabad, Ağcabədi, İmişli, Sabirabad, Füzuli, Lerik rayonları, Gəncə və Sumqayıt şəhərləri ərazilərində, o cümlədən milli parkların ərazilərində qanunsuz ağackəsmə, qanunsuz balıq ovu, Azərbaycan Respublikasının “Qırmızı kitabı”na daxil edilmiş bitkilərin kəsilməsi, meşə ərazisində sekvester edilmiş ağacların vəzifəli şəxslər tərəfindən mənimsənilməsi, o cümlədən milli qoruqların mühafizə rejimlərinin pozulması faktlarına görə 10 cinayət işi başlanılıb
Dövlət mülkiyyətində olan, xüsusilə də qorunan ərazilərdə, həmçinin bələdiyyələrin mülkiyyətində olan ağac və digər qorunan bitkilərin kəsilməsi nəticəsində 35 min manat məbləğində ziyan dəymişdir. Şəhər mühitində bitmiş və qeyri-maddi dəyəri ölçülməyən çoxilli ağacın qanunsuz götürülməsi faktı müəyyən edilmişdir.
Cinayət işləri Cinayət Məcəlləsinin 256.3, 259.1, 308.1-ci və digər maddələri ilə başlanılaraq istintaqın aparılması üçün əsasən rayon prokurorluqları, həmçinin daxili işlər orqanlarının istintaq bölmələrinə göndərilmişdir.
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?























.jpg)
.jpg)






