Hadisə
Bakıda axtarışda olan şəxsdən "Makarov" tapançası götürüldü
Suraxanı rayonunda quldurluq etdiyi üçün Cinayət Məcəlləsinin 181.2.1 (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinərək axtarışda olan şəxs saxlanılıb.
Publika.az">Publika.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə təqsirli bilinən əvvəllər məhkum olunmuş Rəşad Almazov tutulub. 32-ci Polis Bölməsində onun üzərində şəxsi axtarış aparılan zamanı R.Almazovdan 1 ədəd "Makarov" markalı odlu silah, 3 ədəd patron və patron darağı aşkar edilib. Təyin edilən ekspertiza zamanı silahın atəşə yararlı olduğu məlum olub.
Faktla bağlı 32-ci Polis Bölməsində toplanan materiallar Suraxanı RPİ-nin İstintaq Şöbəsinə göndərilib. R.Almazovun əməllərindən zərərçəkən başqa şəxslər varsa 32-ci Polis Bölməsinə, ərazi polis orqanlarına və Nazirliyin sosial şəbəkələrdəki hesablarına məlumat verə bilərlər.
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı
-
Region27 Noyabr 12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov
-
Rəsmi xronika27 Noyabr 11:46Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşıldı
-
Dünya27 Noyabr 11:18Müxalifət razılığa gəldi: Netanyahu hökumətinin sonu yaxınlaşır?













.jpg)



.jpg)

















