Hadisə
Ölkəyə psixotrop maddənin keçirilməsinin qarşısı alındı
Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postunda “DAF” markalı yük nəqliyyat vasitəsi gömrük nəzarətindən keçərkən saxlanılıb, avtomobilin sürücüsü şifahi sorğu-sual edilib.
Publika.az">Publika.az komitəyə istinadən xəbər verir ki, sorğu-sual zamanı sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.
Şəxsi yoxlama zamanı vətəndaşın üzərindəki şalvarın sol cibində narkotik vasitələrin istifadəsi üçün nəzərdə tutulan, divarlarında naməlum maddə izləri olan şəffaf şüşə kolba və idarə etdiyi avtomobilə məxsus qırmızı rəngli pultun daxilindəki mexanizmi çıxarılaraq, həmin boşluğa yerləşdirilmiş vəziyyətdə bir ədəd selofan bükümdə çəkisi 1,8 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.
Xatırladaq ki, metamfetamin "Dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi










.jpg)



.jpg)

















.jpg)

.jpg)
