Hadisə
Vəfat edən qadının qohumları morqa hücum etdilər - İNSİDENT
Beyləqanda yol-nəqliyyat hadisəsi zamanı vəfat edən qadının qohumları ilə polis arasında insident yaşanıb.
Publika.az xəbər verir ki, hadisə bu gün saat 18:00 radələrində rayonun Günəşli kəndi ərazisində baş verib.
Belə ki, qəza zamanı avtomobildəki qadın sərnişin həlak olub. Hadisə yerinə dərhal polis əməkdaşları cəlb olunub və onlar ekspert müayinəsindən keçirilməsi məqsədilə meyiti morqa aparıblar.
Lakin mərhumun qohumları meyitin ekspertizadan keçirilməsinə etiraz edərək morqun binasına girməyə çalışıblar.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətindən bildirilib ki, bir qrup kənd sakini meyitin ekspertizadan keçirilməsinə etiraz əlaməti olaraq morq binasının önünə toplaşıblar:
“Həmin şəxslər polislərin, müstəntiqlərin və ekspertlərin işinə mane olublar. Tələb ediblər ki, meyit müayinədən keçirilmədən onlara təhvil verilsin. Sakinlərə dəfələrlə qanunun tələbləri izah olunub. Lakin onlar buna məhəl qoymadan morqun binasına girməyə cəhd göstəriblər. Kənd sakinləri xəbərdarlıqlara məhəl qoymadığı üçün polis tərəfindən havaya atəş açılıb. Bundan sonra həmin şəxslər sakitləşərək ərazini tərk ediblər.
Meyit ekspert müayinəsindən keçirilib. Qanuna uyğun sənədləşmə işləri tamamlandıqdan sonra ailə üzvlərinə təhvil verilib.
Sakinlərlə Beyləqan Rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən profilaktik söhbətlər aparılıb və bu kimi halları anlayışla qarşılamaları xahiş olunub”. (“Qafqazinfo”)
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi






.jpg)




























.jpg)

.jpg)