Hadisə
Sabiq vəzifəli şəxsin məhkəməsi başlayır
Biləsuvarda sabiq vəzifəli şəxsin məhkəməsi başlayır.
Bu barədə Publika.az-a rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, Biləsuvar şəhər Kommunal Müəssisələri Kombinatının sabiq müdiri Xalidə Ağayevanın sübutları saxtalaşdırması faktı ilə bağlı başlanan cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Aparılan istintaqla Xalidə Ağayevanın Biləsuvar Rayon Məhkəməsində baxılan mülki iş üzrə öz xeyrinə qətnamə çıxarılmasının təmin edilməsi məqsədi ilə Abşeron Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsi tərəfindən verilən əmək qabiliyyətinin olmaması barədə xəstəlik vərəqəsinə uydurma məlumatlar daxil edib Biləsuvar Rayon Məhkəməsinə təqdim etməklə mülki iş üzrə sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Toplanan sübutlar əsasında Xalidə Ağayevaya Cinayət Məcəlləsinin 294.1-ci (mülki iş üzrə işdə iştirak edən şəxs və ya onun nümayəndəsi tərəfindən sübutların saxtalaşdırılması) maddəsi ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilib.
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır






.jpg)
.jpg)



.png)


























