Hadisə
Fəhlə faciəvi şəkildə öldü
İyulun 18-i saat 22 radələrində Nərimanov rayonu, Böyükşor qəsəbəsi ərazisində yerləşən “Metak” MMC-də qaynaqçı işləyən 1986-cı il təvəllüdlü Vüqar Paşayevin xəsarət alması və aldığı xəsarətlərdən iyulun 28-də xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Nərimanov rayon prokurorluğundan Publika.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, Vüqar Paşayev MMC-nin boru istehsalı sexində dam örtüyünü təmir edən zaman hündürlükdən yıxılaraq xəsarətlər alıb.
Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə istintaq davam edir.
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır






.jpg)
.jpg)



.png)


























