Hadisə
Əsgərlə görüşdən qayıdan ailə QƏZAYA DÜŞDÜ - ÖLƏN VAR

Yevlax rayonunda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var.
Publika.az xəbər verir ki, hadisə Yevlax-Bərdə avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
"VAZ-2106" markalı avtomobillə digər minik avtomobilinin toqquşması nəticəsində sürücü - Tovuz rayon sakini, 1953-cü il təvəllüdlü Əmrah Mahmudov ölüb. Bir ailənin 3 üzvü - Tovuz rayon sakinləri, 1976-cı il təvəllüdlü Yaşar Alıyev, onun qızı, 2002-ci il təvəllüdlü Aytac Alıyeva və 2010-cu il təvəllüdlü Amil Alıyev isə xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Məlumata görə, həmin şəxslər Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətdə olan övladlarının yanından qayıdan zaman qəzaya düşüb.
Faktla bağlı araşdırmalara başlanılıb.
(report)

-
Magazin202:42
Sofi Loren xəstəxanaya yerləşdirildi
-
Qarabağ 02:12
Xankəndi ermənisi: "Sovetlər dövründə mehriban qonşu olmuşuq" - VİDEO
-
İdman00:30
Güləş millimiz tarixində ilk dəfə dünya çempionu oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: ciddi maliyyə itkiləri ola bilər
-
Qarabağ 24 Sentyabr 23:48
Ermənilər Ağdərəni belə tərk edir - VİDEO
-
Mətbəx24 Sentyabr 22:12
AĞLAMAĞI DAYANDIRIN: bundan sonra soğan göz yaşınızı axıtmayacaq
-
Sosial24 Sentyabr 21:12
"Qənirə süni nəfəs aparatındadır, heç bir reaksiya vermir" - Əmisindən üzücü AÇIQLAMA
-
Magazin224 Sentyabr 20:00
Məşhur cütlük boşanır - 3 gün 3 gecə toy etmişdilər