Hadisə
Deputat oğlunun Londondakı şirkətinin aktivləri 4,8 milyona çatdı - FOTO
Millət vəkili Ülvi Quliyevin oğlu Orxan Quluzadənin rəhbərlik etdiyi və 2007-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda təsis olunan "Ugano Limited” adlı şirkət ötən il üçün maliyyə hesabatını açıqlayıb.
Publika.az xəbər verir ki, 1989-cu il təvəllüdlü Orxan Quluzadənin rəhbərlik etdiyi "Ugano Limited”in aktivləri son bir ildə 1,82 milyon funt-sterlinq (3, 69 milyon manat) artaraq 2,78 milyon funt-sterlinqə (4,8 milyon manat) yüksəlib. Şirkətin aktivləri ilə bərabər öhdəlikəri də artıb. Belə ki, son bir ildə "Ugano Limited”in öhdəliyi 1,16 milyon funt-sterlinq artaraq 2,23 milyon funt-sterlinqə (3,8 milyon manat) çatıb.
Məlumat üçün bildirək ki, Londonda "11 Larch Court Admiral Walk, Carlton Gate, London, W9 3UA” ünvanında qeydiyyatda olan "Ugano Limited” şirkətinə yarandığı gündən (28 avqust 2007-ci il) Orxan Quluzadə (18 yaşından) rəhbərlik edir. 2007-2010-cu illərdə Ahmad Han adlı Böyük Britaniya vətəndaşı, 2010-2020-ci illərdə isə Aynur Quliyeva adlı (millət vəkili Ülvi Quliyevin həyat yoldaşı) Azərbaycan vətəndaşı şirkətdə katib vəzifəsini icra edib.
(Yeniavaz.com)
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi










.jpg)



.jpg)

















.jpg)

.jpg)
