Hadisə
"Qadının səsinə aldanıblar" - Qardaşının evinə oğru girən Xalq artisti danışdı
“Hazırda qardaşımın vəziyyəti normaldır, polis idarəsində izahatdadır”.
Publika.az xəbər verir ki, bunu Teleqraf.com-a açıqlamasında evinə basqın olunan Əflatun Kərimovun qardaşı Xalq artisti Valeh Kərimov deyib.
Onun sözlərinə görə, hadisə avqustun 20-si gecəsi baş verib: “Qapını döyüblər, bir qadın səsi gəlib, deyib ki, qonşudandır, həmin qadının səsinə aldanıblar. Qardaşım oğlu qapını açıb. İki nəfər içəri girib, çatan kimi Əflatunun oğlunu vurublar, o yerə yıxılıb. Əflatuna da beşbarmaqla burnundan xəsarət yetiriblər. Qardaşımın yoldaşı qonşulara səslənəndən sonra oğrular qaçıblar ”.
Baş verən hadisədən ailə üzvlərinin həyəcan keçirdiyini bildirən Xalq artisti ilk dəfədir belə bir halla qarşılaşdıqlarını bildirib: “Adamın evinə bir dəfə oğurluğa gələrlər, iki dəfə girib oğurluq etməzlər. O insanlar - oğrularmı, narkomanlarmı deyək – dedilər ki, evi səhv salıblar. Bunu etiraf etdilər. Ona görə də qardaşımdan efir vasitəsilə üzr də istədilər”.
Qeyd edək ki, Əflatun Kərimovun evinə aldatma yolu ilə quldurluq edən Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş Elçin Əhmədov, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Emin Babayev, Emilya Əliyeva, və Jalə Mahmudova saxlanılıb.
Faktla bağlı dəstə üzvləri barəsində quldurluq maddəsi ilə cinayət işi başlanıb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur







.jpg)
























.jpg)
.jpg)

