Hadisə
Salyanda oğurluq edən şəxs saxlanıldı
Son günlərdə sosial şəbəkələrdə Salyan rayonunun bir neçə kəndində maskalı şəxsin evlərə oğurluq məqsədi ilə daxil olması, eləcə də ev sahiblərinə xəsarətlər yetirməsi barədə məlumatlar paylaşılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Publika.az-a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırmalarla onun rayonun Yenikənd kənd sakini Vüsal Cəfərov olduğu müəyyən edilib.
Dindirilmə zamanı o, törətdiyi cinayət əməllərini etiraf edərək, peşman olduğunu bildirib.
Aparılan istintaq zamanı məlum olub ki, V.Cəfərov rayonun Yenikənd və Şəkərli kəndləri ərazisində yerləşən beş fərdi yaşayış evinə qanunsuz daxil olub. Üç evdən pul oğurlayan həmin şəxs, son iki evə daxil olan zaman ev sahibləri ilə rastlaşıb və onlara xəsarət yetirərək hadisə yerlərindən qaçıb.
Faktlarla bağlı Salyan RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı
-
Region27 Noyabr 12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov
-
Rəsmi xronika27 Noyabr 11:46Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşıldı
-
Dünya27 Noyabr 11:18Müxalifət razılığa gəldi: Netanyahu hökumətinin sonu yaxınlaşır?












.jpg)



.jpg)


















