Hadisə
Qeyri-qanuni yolla neft əldə edənlər aşkarlandı - VİDEO
Tərtər rayonunun Seydimli kəndi ərazisində uzun müddət konservə edilmiş neft quyularından qeyri-qanuni yolla kustar üsulla nefti əldə edərək kanistrlərə yığılması və satışı məqsədilə minik avtomobilinin yük hissəsində daşınmasını həyata keçirən şəxslər müəyyən edilib.
Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, qanunsuz fəaliyyətlə məşğul olan işbazlar tərəfindən 20-yə yaxın quyudan kustar üsulla, yanğın təhlükəsizliyi qaydalarının tələblərinə zidd olaraq neftin əldə edilməsi, yaşayış yerinin həyətyanı sahəsində yığılması və daşınması yanğın təhlükəsini yaratmaqla, baş verə biləcək yanğının qısa zamanda geniş əraziyə yayılmasına, eləcə də təbiətə, insan həyatı və sağlamlığına təhlükə riskinə səbəb olur.
Yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydaları”nın müvafiq maddələrinin tələblərinə zidd olaraq xam neftin qanunsuz yığımını, saxlanmasını və daşınmasını təşkil etmiş Hüseynov Nazim Şirin oğlu və Hümbətəliyev Eyvaz Cəbrayıl oğlu barəsində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətində fakt rəsmiləşdirilib və qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə müraciət edilib.
-
Dünya19:00Daşqın qurbanlarının sayı 700-ə yaxınlaşdı - 2500 nəfər itkindir(YENİLƏNDİ)
-
Art18:48Əməkdar artistin fotosu dərsliyə salındı - FOTO
-
Avropa18:00Ukrayna səfiri XİN-ə çağırıldı - Türkiyə etiraz və xəbərdarlıq etdi
-
Hadisə17:42Rəis generalın qızına görə işdən azad edildi - FOTO
-
Sağlamlıq17:26Bu qidalar kişilərdə xərçəng riskini xeyli artırırmış - ARAŞDIRMA
-
İdman15:32Bakıda leysan yağacaq, bölgələrdə dolu düşəcək - XƏBƏRDARLIQ
-
Sağlamlıq15:14Xərçəng hüceyrələrinə ciddi təsir edən bitki növü tapıldı
-
MDB13:20Putinin müşaviri: "Avropa qlobal periferiyaya çevriləcək!"

















.jpg)






.webp)







.jpg)

.jpg)