Hadisə
Eldar Mahmudovun villasının qarşısında etiraz - FOTO
Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun Nardarandakı villasının qarşısında etiraz aksiyası keçirilib.
Publika.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə fotolar yayılıb. Etirazçılar vaxtilə MTN tərəfindən saxta ittihamlarla qanunsuz həbs olunduqlarını, yaxınlarından külli miqdarda pul alınandan sonra həbsdən buraxıldıqlarını deyiblər. Onlara vurulan ziyanın ödənilməsini tələb ediblər. Etirazçılar əllərində “Təhdidlə ailələrimizdən aldığınız pulları qaytarın!”, “Azərbaycan dövlətinə güc göstərməyin, pullarımızı qaytarın!”, “Bizə qarşı cinayətinizi qiyamət də örtməz!” yazılmış plakatlar qaldırıblar.
Aksiya iştirakçıları Eldar Mahmudovun, sabiq Baş prokuror Zakir Qaralov və onun birinci müavini Rüstəm Usubovun məsuliyyətə cəlb olunmasını istəyiblər. Onlar iddia ediblər ki, MTN-də ailələrindən alınan pulların böyük bir hissəsi bu şəxslərə çatıb.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi










.jpg)



.jpg)

















.jpg)

.jpg)
