Hadisə
Kənd yasda - 7 qadın dəfn edilir - FOTO
Dünən saat 15:20 radələrində Lerikin Günəşli kəndi yaxınlığında baş vermiş ağır yol qəzası nəticəsində vəfat edən 8 qadının cənazəsi ailələrinə təhvil verilib.
Publika.az xəbər verir ki, xəstəxanalarda aparılan tanınma prosesinin və ekspertizadan sonra gecə saatlarında onların nəşi yaxınlarına təhvil verilib. Vəfat edən qadınlardan biri Saray Axundova artıq Lənkəranın Boladi kəndində dəfn edilib. Bu gün kənd qəbiristanlığında Boladi kənd sakini olan daha 6 qadın dəfn ediləcək.
Boladi kənd Bələdiyyəsinin sədri Salman Dadaşov "Qafqazinfo"ya bildirib ki, artıq dəfn prosesi ilə bağlı bütün hazırlıq işləri görülüb.
Qəzada vəfat edən sərnişinlərdən Xəlilova Dilarə İslam qızı sürücü Səyyad Səyyadovun baldızı olub. Sürücünün həyat yoldaşı Zəhra Səyyadovanın vəziyyəti isə ağır qiymətləndirilir. Bundan başqa qəzada vəfat edən Təcrübə Ağayeva və Səmayə Rzayeva bacı olub.
Onu da əlavə edək ki, ilkin məlumata görə, qəzaya uğrayan mikroavtobus təhlükəsizlik standartlarına cavab verməyib. Çünki adətən əvvəllər xarici ölkələrdə yük maşını kimi istifadə edilmiş bu tipli nəqliyyat vasitələri daha sonra mikroavtobus modelinə uyğunlaşdırılır.
Qeyd edək ki, Lerikin Zuvand kəndi yaxınlığındakı “Baba ocağı” ziyarətgahından qayıdan Lənkəran sakinlərinin olduğu mikroravtobusun sürücünün idarəetməsindən çıxaraq betona çırpılması və daha sonra aşması nəticəsində Boladi kənd sakinləri: Həşimova Sərvər Əhməd qızı, Axundova Saray İslam qızı, Ağayeva Təcrübə Ağababa qızı, Cəfərova Güldəstə Məmmədağa qızı, Rzayeva Səmayə Ağababa qızı, Rəhimova Nazxanım İsabala qızı, Tahirova Zərnitac İslam qızı və Göyşaban kənd sakini Dilarə Xəlilova vəfat edib. Sürücü və avtobusun sərnişini olan daha 7 qadın xəstəxanalara yerləşdirilib. Onlardan sürücünün vəziyyətinin nisbətən yaxşı olduğu bildirilir. Digər yaralılar reanimasiya şöbəsində müalicə olunur.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi










.jpg)



.jpg)

















.jpg)

.jpg)
