Hadisə
Oğurluq edən şəxslər saxlanıldı - FOTO
Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq əməlləri törətməkdə şübhəli bilinən şəxslər saxlanılaraq istintaqa cəlb edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Publika.az-a bildirilib ki, Ağcabədi RPŞ-yə müraciət edən rayon sakini ona məxsus evdən məişət əşyasının oğurlanması barədə məlumat verib.
Daxil olan məlumatla əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər də oğurluq etdiyinə görə elektron qolbaqla təchiz olunmuş Bəhram Yolçuyev saxlanılıb.
Bundan başqa, digər bir rayon sakini RPŞ-yə müraciət edərək ona məxsus anbardan 20 ton taxılının oğurlanması barədə məlumat verib. Keçirilən tədbirlərlə həmin oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakini Turan Kazımov da saxlanılıb.
İlkin araşdırmalarla onun cari ilin iyul-avqust aylarında anbardan 16 min manat dəyərində taxıl oğurladığı məlum olub.
Hər iki faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı
-
Region27 Noyabr 12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov
-
Rəsmi xronika27 Noyabr 11:46Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşıldı














.jpg)



















