Hadisə
Kürdəmirdə ağır qəza: xəsarət alanlar var - FOTO
Kürdəmirdə avtomobil qəzası baş verib, xəsarət alanlar var.
Publika.az xəbər verir ki, hadisə rayonun Çöhranlı kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd ərazisində hərəkət edən iki eyni markalı “VAZ 2107” markalı avtomobil toqquşub. Nəticədə avtomobillərdən birində olan 3 nəfər Çöhranlı kənd sakini - sürücü 1951-ci il təvəllüdlü Alim Ağaveyis oğlu Hacıyev, onun sərnişinləri 20 yaşlı Rəşidə Rayiq qızı Rəcəbova və 18 yaşlı Süleyman Ramiq oğlu Rəcəbov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.
Hazırda faktla bağlı araşdırma aparılır.
-
MDB10:31Rusiya səmasında bir gecədə 1200-dən çox PUA vuruldu
-
Pul10:13Fransa iqtisadiyyatı üçün həyəcan təbili: “S&P” də proqnozunu pisləşdirdi
-
İqtisadi gündəm09:28Dünyanı gözləyən böyük təhlükə: Yaxın 6 ayda bu ərazilərdə aclıq kəskinləşəcək
-
ABŞ09:19Bayden daha kimsənin vecinə deyil: Kitabı da satılmır
-
Ekopublika.az07:352027-ci ildə dünyanı yeni böhran gözləyir - Həyəcan təbili çalındı
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır













.jpg)




















