Hadisə
Sumqayıtda FACİƏ: azyaşlı bacılar qəfil vəfat etdi - VİDEO
Bu gün Sumqayıtda 2 azyaşlı qız evdə olarkən qəfildən vəziyyətləri pisləşib. Dörd və 6 yaşlı bacılar xəstəxanaya çatdırılana qədər vəfat ediblər.
Publika.az xəbər verir ki, Xezerxeber.az-ın məlumatına görə, yaxınları deyiblər ki, azyaşlı bacıların halı pisləşən kimi valideynləri dərhal xəstəxanaya müraciət etsələr də, gec olub.
Sumqayıt Tibb Mərkəzi azyaşlı bacıların ölümü ilə bağlı məlumat yayıb. Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsindən "Xəzər Xəbər"ə bildirilib ki, eyni ailənin üzvü olan bacılar bu gün səhər saat 05:35-də Uşaq xəstəxanasına gətirilib. Baxış zamanı hər iki uşaqlarda həyati əlamət müşahidə olunmayıb. Bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. Onların nəşləri təşrih üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə göndərilib.
Qida Təhlükəsizliyi Agentliyindən isə bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Agentliyin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır






.jpg)
.jpg)



.png)


























