Hadisə
Azərbaycanda ağır qəza: ölənlər və yaralananlar var - FOTO
Kürdəmir rayonunun Qarasaqqal kəndində ağır yol qəzası baş verib.
Publika.az "Report"a istinadla xəbər verir ki, rayonun Yenikənd kənd sakini 1993-cü il təvəllüdlü Qubadov Abdulla Təvəkkül oğlu "KİA" markalı avtomaşınla kənd istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı su kanalına düşüb. Sürücü hadisə yerində ölüb. Avtomobildə olan 3 sərnişin - rayonun Xırdapay kənd sakinləri 1988-ci il təvəllüdlü Daşdıyev Ramal Durhəsən oğlu, 1992-ci il təvəllüdlü Manafov Mayıl Habil oğlu və Atakişili kənd sakini 1992-ci il təvəllüdlü Nəbiyev Elmin Fərhad oğlu təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Həkimlərin səylərinə baxmayaraq, sərnişinlərdən biri 34 yaşlı Daşdıyev Ramal Durhəsən oğlu xəstəxanada dünyasını dəyişib.
Hazırda faktla bağlı araşdırma aparılır.
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ






.jpg)
.jpg)



.png)


























