Hadisə
Qatarın piyadanı vurması ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNDİ
Bu gün səhər saatlarında "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus Sumqayıt-Bakı sürət elektrik qatarının piyadanı vurması və onun ölməsi ilə nəticələnmiş hadisə keçid üçün qadağan olunmuş yolda baş verib.
Publika.az xəbər verir ki, bu barədə səhmdar cəmiyyətinin açıqlamasında bildirilir.
"Saat 07:40 radələrində 6006 saylı Sumqayıt-Xırdalan-Bakı elektrik qatarı Güzdək-Xırdalan mənzilinin 11-ci kilometrində 101 km/saat sürətlə (təyin olunmuş sürət 105 km/saat) hərəkətdə olan zaman dəmir yolu xətlərindən piyadaların keçidi üçün qadağan olunmuş yoldan qəfil keçməyə cəhd etmiş şəxsi vurub. Vurulan şəxs hadisə yerində dünyasını dəyişib. Hadisə hüquq mühafizə orqanları tərəfindən aidiyyəti üzrə araşdırılır. İctimaiyyətə əlavə məlumat veriləcək", - deyə məlumatda qeyd olunub.
xxx
08:24
Sumqayıt-Bakı elektrik qatarı piyadanı vurub.
Publika.az xəbər verir ki, hadisə bu gün saat 07:25-də Sumqayıtdan Bakıya gələn Sumqayıt-Xırdalan-Bakı elektrik qatarında qeydə alınıb.
Hadisə təxminən səhər saat 07:40 radələrində Abşeron rayon ərazisindən keçən hissəsində baş verib.
Hadisə nəticəsində piyada ölüb.
Maşinist hadisə ilə bağlı sərnişinləri məlumatlandıraraq bildirib ki, hadisəyə görə qatarın hərəkəti yubanacaq. Hazırda hadisə baş verən yerdə hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. ("Report")
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi






.jpg)
.jpg)



.png)
























