Hadisə
Naxçıvanda yüksək sürət və musiqi tonu ilə avtomobil idarə edən şəxs HƏBS EDİLDİ
Naxçıvanda onu saxlayan polisin qarşısında özünü öldürməklə təhdid edən şəxs həbs edilib.
Publika.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə dekabrın 30-da şəhərin Heydər Əliyev prospektində baş verib.
Belə ki, ittihama əsasən, gecə saatlarında avtomaşını yüksək sürət və yüksək musiqi tonu ilə idarə edən Nadir Quliyev (adlar şərtidir) DYP inspektoru tərəfindən saxlanılıb.
Məlum olub ki, Nadir dostu Malik Vəliyevlə şəhərdəki kafelərin birində yeyib-içərkən ona zəng gəlib. Danışıqdan sonra o Malikə avtomobilin lazım olduğunu, yaxın məsafədə yerləşən bir yerə gedib-gələcəyini bildirib. M.Vəliyev avtomobilin açarını Nadirə verib və sonuncu maşını sürərək gedib. Az sonra Nadir Malikə zəng edərək “sarayın diki” adlanan ərazidə DYP əməkdaşlarının maşını saxladıqlarını, cərimə meydançasına aparmaq istədiklərini deyib.
O, Malikdən təcili həmin əraziyə gəlməsini xahiş edib. Malik əraziyə sərxoş halda gəlib. İnspektor ona “avtomobili idarə edən şəxsin sürücülük vəsiqəsi olmadığı üçün avtomobiliniz cərimə meydançasına aparılacaq” deyə bildirib. Bu zaman avtomobilin sahibi cibindən bıçaq çıxarıb və özünə xəsarət yetirəcəyini bildirib. Daha sonra polis əməkdaşları onu sakitləşdirib və ora Nadirin sürücülük vəsiqəsi olan bir tanışını çağırıblar. Həmin şəxs əraziyə gəlib və maşını idarə edərək sərxoş vəziyyətdə olan dostları evə aparıb.
M.Vəliyev həmin gecə sərbəst buraxılsa da, səhəri günü barəsində inzibati qaydada tutma protokolu tərtib olunub. İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni əmrinə tabe olmama) maddələri ilə təqsirli bilinib.
Naxçıvan Şəhər Məhkəməsinin qərarı ilə M.Quliyev 20 gün müddətinə inzibati qaydada həbs edilib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi











.jpg)

























.jpg)
.jpg)
