Hadisə
Özünü general kimi təqdim etdi: Qadınları aldadaraq...
Texaslı kişi özünü general kimi təqdim edərək bir neçə qadını aldadlb və onların 1,6 milyon dollarını mənimsəyib.
Publika.az xəbər verir ki,52 yaşlı Fola Alabi sui-qəsd və çirkli pulların yuyulması ittihamlarını boynuna alıb. Prokurorların dediyinə görə, o, özünü xaricdə xidmət edən general kimi göstərib, internetdə qadınlarla dostluq edib, sonra isə romantik və ya şəxsi maraq göstərərək tədricən onların etibarını qazanıb.
Çox vaxt 70 və 80 yaşlarında olan, dul və ya boşanmış qadınlar Texas ştatının Riçmond şəhərində yaşayan Alabie tərəfindən idarə olunan ünvanlara və şirkətlərə nağd pul və ya çeklər göndərməyə başlayıblar.
Prokurorların dediyinə görə, Alabinin mobil telefonunda axtarış aparan federal agentlər onun bəzi qurbanlardan aldığı nağd pul və çek paketlərinin fotoşəkillərini və videolarını tapıblar.
Qurbanlardan biri 334 min dollar itirib. Bir qadın isə ona 60.000 dollarlıq çek göndərib və daha 240.000 dollar göndərmək istəyərkən, bankı onun, fırıldağın qurbanı ola biləcəyini düşünüb, hesabını bloklayıb və yerli polislə əlaqə saxlayıb.
Məhkəmə məsələ ilə bağlı aprelin 25-də hökm çıxaracaq.
Ayşən
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi






.jpg)
.jpg)



.png)
























