Hadisə
Salyanda quldurluqda şübhəli bilinən şəxs saxlanıldı
Salyanda quldurluqda şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Publika.az-a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin dekabr ayında rayon ərazisində yerləşən evlərin birinə basqın etməkdə şübhəli bilinən rayon sakini Yaşar Məmmədov saxlanılıb.
Həmin şəxs ilkin dindirilmə zamanı törətdiyi cinayət əməlini etiraf edib.
Araşdırmalar zamanı məlum olub ki, Y.Məmmədov tanışı, hal-hazırda qeyd edilən hadisəyə görə həbs olunmuş Aydın Nəzərovla qabaqcadan əlbir olaraq ötən ilin dekabr ayının 18-də səhər saatlarında rayon ərazisində yerləşən evlərin birinə basqın ediblər.
Ev sahibinə hədə-qorxusu gələrək qızıl-zinət əşyaları və pul tələb edən həmin şəxslər quldurluq əməlini törədərək həmin ünvanı tərk ediblər.
Faktla bağlı Salyan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.
-
Magazin221:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin119:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
-
Qarabağ 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO
-
Qarabağ 17:18XTQ mayoru: "Müavinimə tapşırdım ki, bu barədə heç kəsə heç nə demə!"
-
Avropa16:59Fransa prezidentliyinə namizəd: Aİ-dən çıxıb Ukraynaya dəstəyi dayandıracağam!
-
Magazin116:49Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı








.jpg)




.jpg)



















.jpg)

