Hadisə
Azərbaycanlı qardaşlar həbs olundular
Mayın 5-də Moskva məhkəməsi rusiyalı basketbolçu Aleksey Şvedi döyməkdə şübhəli bilinən üç nəfəri həbs edib. 20 yaşlı Knyaz Əmirslanov, onun 17 yaşlı qardaşı Ramzin Əmirslanov və 19 yaşlı Qleb Pisarev iyulun 2-dək istintaq təcridxanasına göndəriliblər. Təqsirləndirilən şəxslərə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsinin 2-ci hissəsi (“Bir qrup şəxs tərəfindən vətəndaşlara qarşı zor tətbiq etməklə xuliqanlıq”) ilə ittiham irəli sürülüb.
Publika.az xəbər verir ki, Moskva İstintaq Komitəsinin Baş İstintaq İdarəsindən verilən məlumata görə, artıq iş üzrə şübhəli bilinən dördüncü şəxs də saxlanılıb. Bu, Ramzin Əmirslanovun sürücüsü Yusifdir.
Qeyd edək ki, mayın 2-də MOİK basketbol klubunun müdafiəçisi Aleksey Şved restoranda səs-küy salan bir qrup şəxsə irad bildirib. Bunun ardından başlanan dava nəticəsində o xəsarət alıb.
-
Pul10:13Fransa iqtisadiyyatı üçün həyəcan təbili: “S&P” də proqnozunu pisləşdirdi
-
İqtisadi gündəm09:28Dünyanı gözləyən böyük təhlükə: Yaxın 6 ayda bu ərazilərdə aclıq kəskinləşəcək
-
ABŞ09:19Bayden daha kimsənin vecinə deyil: Kitabı da satılmır
-
Ekopublika.az07:352027-ci ildə dünyanı yeni böhran gözləyir - Həyəcan təbili çalındı
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu































