Hadisə
Bu ərazilərdən sel keçir - FAKTİKİ HAVA

Mayın 31-i saat 16:00-a olan məlumata əsasən Naxçıvan, Göygöl, Daşkəsən, Ağstafa, Gəncə, Qazax, Ceyrançöl, Oğuz, Cəfərxan, Şəki, Balakən, Tovuz, Qusarda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a verilən məlumata görə, yağan leysan xarakterli yağışlarla əlaqədar Dəstəfurçay-Qaraqollar çayından sel keçir.
Saat 13:50 radələrində Qazax rayonunun Quşçu Ayrım kəndinə, saat 14:00 radələrində isə Fərəhli kəndlərinə diametri 10-12 mm, Şəmkir rayonu Yuxarı Seyfəli və Çinarlı kəndlərinə saat 15:47-15:57 radələrində 10-12 mm, saat 16:54-16:56 radələrində Balakən rayonuna xırda dənəli dolu düşüb.
Qərb küləyi arabir Tovuzda 20 m/s, Gədəbəydə 18 m/s-dək güclənib.

-
Sosial21:48
Bu gün şəhid olan hərbçimizin FOTOLARI
-
Sosial21:36
Sumqayıtda toy YASA ÇEVRİLDİ - VİDEO
-
Magazin221:24
"Dünyanın ən gözəl müsəlman qadını" o seçildi - VİDEO
-
Qarabağ 20:48
Ağdərədən yeni görüntülər yayıldı - VİDEO
-
Sosial20:30
Qənirə Paşayevanın məzarı - FOTO
-
Avto20:24
"Apple"in iddialı layihəsi DALANA DİRƏNDİ
-
Sosial19:48
Artıq nisyə mal ala bilməyəcəyik? - ARAŞDIRMA
-
İdman19:18
Ayxan Abbasovdan ETİRAF: "Təzyiqin qarşısında tab gətirə bilmirdik"