Hadisə
Ələt-Astara yolunda ağır qəza - 3 nəfər öldü
Ələt-Astara yolunun 70-ci km-də ağır yol nəqliyyat hadisəsi baş verib.
Baş Dövlət Yol Polisi İdarəsindən Publika.az-a verilən xəbərə görə, Rusiya Federasiyası vətəndaşı U.Kərimovun idarə etdiyi "Volvo" markalı B082OK06 nömrə nişanlı yük avtomobili qarşıda hərəkət edən Bakı şəhər sakini Fərziyev Məhərrəm Balaxan oğlunun idarə etdiyi "Vaz-21051" markalı 99-NA-636 nömrə nişanlı avtomobillə toqquşub.
Qəza nəticəsində “Vaz-21051" markalı avtomobilin sürücüsü və 2 nəfər sərnişini həlak olub.
İkin ehtimala görə qəzanın baş verməsinə səbəb yük avtomobili sürücüsünün diqqətsizliyi və "Vaz-21051" markalı avtomobilin sürücüsünün sürət həddi yüksək olan magistral yolda sağ zolaq boş olduğu halda avtomobili sol zolaqla və aşağı sürətlə idarə etməsidir: "Eyni zamanda "Vaz-21051" markalı avtomobilin istismar müddətinin 33 ildən artıq olması, texniki vəziyyətinin müasir tələblərə cavab verməməsi və qəza zamanı böyük əhəmiyyət kəsb edən təhlükəsizlik avadanlıqlarının olmaması bu qəzada ölüm hallarının baş verməsinin əsas səbəblərindəndir".

-
MDB09:38Rusiyadan maraqlı gediş - Kanalizasiyanı vurdular
-
Sosial09:27Romantikadan sonrakı reallıq: Əcnəbilərlə qurulan ailələr niyə dağılır?
-
ABŞ08:45Tramp: Mən səkkiz Nobel Sülh Mükafatı almalı idim
-
Avto07:35Çin maşını almaq istəyənlərə xəbərdarlıq - Yeni qaydalar Azərbaycana da təsir edəcək
-
Nida Xəbər 06:16Türkiyədən Azərbaycanla bağlı yayılan paylaşımlara sərt reaksiya
-
Region03:43İranda partlayış oldu, polis rəisinin müavini öldü
-
Qoroskop01:20Günün ulduz falı: Pul itkilərinin qarşısını almaq üçün tədbirlər görməlisiz
-
Kriminal9 Oktyabr 19:40Azərbaycanda övladlarına işgəncə verən ana və ögey ata həbs edildi
















.jpg)















.jpg)



