Hadisə
Qubada güclü leysan yağışı sel təhlükəsi yaratdı
İyulun 4-ü axşam saatlarından başlayaraq Qubada yağan güclü leysan yağışı bəzi kəndlərdə sel təhlükəsi yaradıb.
Publika.az xəbər verir ki, yağış nəticəsində dağlıq Cimi kəndinin mərkəzi küçəsindən güclü sel keçib. Nəticədə qaz təsərrüfatına ziyan dəyib, bir neçə həyətə sel suları daxil olub.
Quba rayon icra hakimiyyəti başçısının Qonaqkənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rasim Bəşirov bildirib ki, qısa müddətdə davam edən leysan yağışı nəticəsində yaranan sel suları ciddi fəsadlar törətməyib. Kəndin yoluna, qaz xəttinə ziyan dəyib. Sakinlər arasında xəsarət alan yoxdur.
Cimi kəndi Qubanın rayon mərkəzindən 50 kilometr məsafədə yerləşir. Leysan yağışları Cimi ilə yanaşı, rayonun digər ucqar kəndlərində də müşahidə olunub.
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar











.jpg)
























