Polis daha bir qanunsuz silahı götürdü
Bizi izləyin

Hadisə

Polis daha bir qanunsuz silahı götürdü

Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı polis əməkdaşları tərəfindən profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Publika.az-a verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində Ağdaş rayon sakinindən müvafiq sənədləri olmadan qanunsuz olaraq saxlanılan ov tüfəngi polis şöbəsinin əməkdaşları tərəfindən təhvil götürülüb.

Gələcəkdə baş verə biləcək ağır cinayətlərin qarşısının alınması məqsədilə bu istiqamətdə zəruri bilinən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm