Hadisə
“Madonna Butik”də qadınlar arasında KÜTLƏVİ DAVA
Sumqayıt şəhər 30-cu məhəllədə yerləşən “Madonna Butik” geyim əşyaları mağazasında qadınlar arasında kütləvi dava-dalaş olub.
Publika.az xəbər verir ki, mağazada işləyən 2 qadın döyüldükləri barədə polisə şikayət edib.
Aparılan araşdırmalar zamanı dava-dalaşı salan şəxsin 1963-cü il təvəllüdlü Kəmalə Osmanova (soyad şərtidir) olması müəyyən edilib. Bəlli olub ki, Kəmalənin oğlu idman müəllimidir və mağazada işləyən qadınlardan birinin övladı onun yanına məşqə gəldiyi üçün aralarında ödənişə görə narazılıq yaranıb. Mübahisə zamanı Kəmalə mağazaya daxil olaraq digər 2 qadını döyüb, onları təhqir edib.
Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən İXM-in 510-cu, yəni xırda xuliqanlıq əməli ilə bağlı inzibati protokol tərtib edilib. Protokola Sumqayıt şəhər Məhkəməsində baxılıb və Kəmalə Osmanova 50 manat cərimə edilərək sərbəst buraxılıb.
Turqut Seyidov
-
MDB11:36“Lukoil” böyük maliyyə itkisi ilə üzləşdi - 1 trilyon zərər
-
Yaxın Şərq10:48Netanyahu elan etdi: İrana qarşı quru əməliyyatı ssenarisi
-
Dünya08:48Bu dəfə qızı ilə birlikdə tank sürdü - Foto
-
Magazin207:30Kendall Cenner dekolteli libasda - FOTO
-
Sosial07:17Bayram günlərinin hava proqnozu açıqlandı
-
Magazin106:16"Toppuş", "Cüllüt", "Keyxanım" və Dilarə illər öncə - VİDEO
-
Magazin202:42Məşhur türk aktrisa çimərlik geyimində poza verdi - FOTO
-
ABŞ02:42Trampın təsviri olan qızıl sikkənin dizaynını təsdiqləndi






















.jpg)


.jpg)











.jpg)



