Ana 8 yaşlı qızı ilə hamamda çılpaq videosunu paylaşdı - Qadın saxlanıldı
Bizi izləyin

Hadisə

Ana 8 yaşlı qızı ilə hamamda çılpaq videosunu paylaşdı - Qadın saxlanıldı

Sosial şəbəkələrdə qadının azyaşlı ilə qeyri-əxlaqi hərəkətlərini əks etdirən görüntülər araşdırılıb.

Publika.az Qafqazinfo-ya istinadla xəbər verir ki, qadının şəxsiyyəti polis əməkdaşları tərəfindən müəyyən olunub və saxlanılıb. Görüntülərdə əks olunan qadının 56, azyaşlının isə 8 yaşı var. Məlum olub ki, azyaşlı qadının övladıdır.

Qadın məsuliyyətə cəlb edilib, araşdırmalar davam etdirilir.

Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.

Qeyd edək ki, sözügedən video evin hamam otağında lentə alınıb. Görüntülərdə paltarsız şəkildə kameranın qarşısında oynadılan azyaşlı qızın arxasında anasını da görmək mümkündür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm