Gəncədə DƏHŞƏT: eyni vaxtda üç ev yandı, bir nəfər... - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Gəncədə DƏHŞƏT: eyni vaxtda üç ev yandı, bir nəfər... - YENİLƏNDİ

Gəncə şəhərində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, Gəncə şəhərində ümumi sahəsi 96 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları, bitişik ümumi sahəsi 34 m² olan talvar, bitişik ümumi sahəsi 130 m² olan birmərtəbəli 4 otaqlı evin çardağı 40 m² və ümumi sahəsi 105 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 60 m², çardağı 20 m² sahədə yanıb.

Evlərin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

xxx

22:12

Gəncə şəhərində üç fərdi evdə baş vermiş yanğın zamanı bir nəfər tüstüdən zəhərlənib.

Publika.az xəbər verir ki, yaşayış evlərindən birində başlayan yanğın sonradan digər iki evə keçib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.

Hadisə nəticəsində 1990-cı il təvəllüdlü Ç.Hüseynova tüstüdən zəhərlənib və xəstəxanaya çatdırılıb.

Yanğının səbəbləri araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm