Ocaq qalamaq istədi, özü yanıq xəsarətləri aldı
Bizi izləyin

Hadisə

Ocaq qalamaq istədi, özü yanıq xəsarətləri aldı

Şirvan şəhər sakini həyətdə ocaq qalayan zaman yanıq xəsarətləri alıb.

Publika.az xəbər verir ki, hadisə axşam saatlarında Şirvan şəhəri Neftçi küçəsi, 17 ünvanında baş verib. Gözəlov Cəfərqulu Ağacəfər oğlu həyətdə yandırdığı ocağa benzin əlavə edərkən güclənən alovun təsirinə məruz qalıb.

O, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra Bakı xəstəxanalarından birinə təxliyə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm