Şəkidə avtomobil 71 yaşlı kişini vuraraq öldürdü
Bizi izləyin

Hadisə

Şəkidə avtomobil 71 yaşlı kişini vuraraq öldürdü

Şəki rayonunun Baş Zəyzid kəndi ərazisində iyunun 14-də saat 15 radələrində Nasir Hacıyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən piyada, 1953-cü il təvəllüdlü Lətifov Rəsul Vəhbi oğlunu vurub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Publika.az-a bildirilib ki, piyada aldığı xəsarətlərdən ölüb.

Araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm