Göygöldən ÜZÜCÜ XƏBƏR: dam örtüyü sakinlərin üzərinə aşdı
Bizi izləyin

Hadisə

Göygöldən ÜZÜCÜ XƏBƏR: dam örtüyü sakinlərin üzərinə aşdı

Göygöldə üzərinə dam örtüyü aşan 2 nəfər xəsarət alıb.

Publika.az xəbər verir ki, hadisə Çaylı kəndində qeydə alınıb. Hadisə zamanı xəsarət alan 2006-cı il təvəllüdlü T.Zeynalov və 2008-ci il təvəllüdlü İ.Rzazadə əvvəlcə Göygöl Mərkəzi rayon Xəstəxanasına, sonra isə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıblar.

Onların hər ikisinə kəllə-beyin travması diaqnozu qoyulub.

İlkin məlumata görə, hadisə rayonda əsən güclü külək nəticəsində qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm