Hadisə
Goranboy sakini Cəbrayılda minaya düşdü
Goranboy sakini Cəbrayılda minaya düşüb.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətinin birgə məlumatında bildirilib.
Qeyd edilir ki, işğaldan azad edilmiş Cəbrayıl rayonunun Horovlu kəndi ərazisində mina hadisəsi baş verib.
Kənd təsərrüfatı sahəsində çalışan 1991-ci il təvəllüdlü Goranboy rayon sakini Raqib Səxavət oğlu Nuruyevin idarə etdiyi "Man" yük avtomobili minalardan təmizlənməmiş ərazidə tank əleyhinə minaya düşüb.
Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli xəsarət alıb.
Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır.
ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır.
-
Sağlamlıq11:10
Sağalmaq üçün qəbul edirik, amma zəhərləyir: Spirtli, enerji içkiləri ilə...
-
İqtisadi gündəm10:20
Azərbaycanda vergi güzəştləri gözlənilir: 2025-ci ilin yanvarın 1-dən etibarən...
-
Nəqliyyat09:38
Bakıda aşan yük maşınına görə bağlanan yol açıldı - FOTO/YENİLƏNDİ
-
Yaxın Şərq09:33
Zeynəb də öldürüldü: Qardaşı şəhid olanda demişdi ki...
-
Hadisə08:50
Faciəvi şəkildə ölən Arzunun FOTOLARI
-
Sağlamlıq07:35
Ömrü uzadan qidalar - SİYAHI
-
İKT06:46
"Android" cihazları fişinq xarakterli mesajlardan necə qorumaq olar? - VİDEO
-
Magazin206:16
Bakıya birlikdə gəldiyi ispan sevgilisinə ərə gedir